16:40 09-11-2013
news_image
4213
DÖYÜŞ NÖVLƏRİ

Rusiyada azərbaycanlı idmançını ürəyindən vurdular - VİDEO

Rusiyada azərbaycanlı idmançı dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Çerepovets şəhərində yaşayan həmyerlimiz Əli Novruzov məşq zamanı həyatını itirib.

Qarışıq təkbətək döyüşlə məşğul olan 17 yaşlı Novruzov sparrinq rəqibi İvan Çekurovdan ürək nahiyəsindən aldığı zərbədən ayılmayıb. Hadisə noyabrın 6-da Döyüş Sənətləri Mərkəzidə baş verib.

Mərhumun cənazəsi noyabrın 7-də Azərbaycana gətirilib və Qubada dəfn edilib.

Allah rəhmət eləsin.

Olayın görüntülərini təqdim edirik: