10:31 12-11-2013
news_image
584
DİGƏR NÖVLƏR

Topaz Premyer Liqasında mövsümün ilki

Topaz Premyer Liqasının XIII turu mövsümün rekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, baş tutan 5 qarşılaşmadan 4-ü heç-heçə ilə başa çatıb. Yalnız “Neftçi”nin qələbə qazandığı turda uduzan tək komanda “Bakı” olub. Paytaxt derbisində “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.

Digər oyunlardan AZAL –“Qarabağ” və “Rəvan” – “Sumqayıt” görüşləri eyni 1:1 hesabı ilə başa çatıb. “İnter”lə “Simurq”, həmçinin “Xəzər Lənkəran”la “Qəbələ” isə meydanı qol vurmadan tərk edib.

Bir turda 4 heç-heçənin qeydə alınması mövsümün yeni rekordudur. Bunadək 7-ci və 8-ci turlar hərəsi 3 heç-heçə ilə daha “sülhsevər”olmuşdu.

Azərbaycan çempionatları tarixinə nəzər salsaq sonuncu belə hadisə ötən mövsümün startında qeydə alınıb. 2012/13 mövsümünün 1-ci turunda baş tutmalı olan 6 oyundan 5-i keçirilib və 4-də bərabərlik qeydə alınıb. 15 ay əvvəlki turun təxirə salınan yeganə matçı da sonradan “sülh”lə nəticələnib. Bir sözlə, turun 6 matçından 5-də heç-heçə başa çatıb.

2012/13 mövsümü

1-ci tur


04.08.2012
Simurq (Zaqatala) - Qəbələ
1:1
04.08.2012
Sumqayıt - AZAL (Bakı)
2:2
04.08.2012
Kəpəz (Gəncə) - Turan (Tovuz)
1:2
05.08.2012
İnter (Bakı) - Qarabağ (Ağdam)
1:1
05.08.2012
Rəvan (Bakı) - Xəzər Lənkəran
1:1


1-ci turun təxirə salınan oyunu

18.12.2012
Neftçi (Bakı) - Bakı
1:1