12:45 12-11-2013
news_image
668
FUTBOL

“Neftçi”nin futbolçusu 4 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi bu gün keçirdiyi iclasında əvəzedici komandaların iştirak etdiyi çempionatdakı pozuntular üçün cəzasını açıqlayıb. Apasport.az saytının məlumatına görə, XIII turunun “Neftçi” – “Bakı” oyunu diqqət mərkəzində olub.

Paytaxt derbisinin 39-cu dəqiqəsində nominal qonaq komandanın futbolçusu Vüqar Mustafayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Buna görə meydandan kənarlaşdırılan futbolçu 3 oyunluq cəzalanıb, klubu isə 1000 manat cərimə olunub.

Bu qarşılaşmanın 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Orxan Bəşirov hakimi təhqir etdiyinə görə isə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq meydana çıxa bilməyəcək. Həmin matçda meydan sahibi olan klub 2000 manat cərimə ilə cəzalandırılıb.