16:51 12-11-2013
news_image

Boksçumuz 1/4 finalda erməni ilə qarşılaşacaq

Rusiyada boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Anapa şəhərində baş tutan yarışda milli komandamızın daha 3 üzvü rinqə çıxıb.

46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov ilk görüşdə İngiltərə idmançısı Konnor Batleri məğlub edib – 2:1. Boksçumuz 1/4 finalda Ermənistan nümayəndəsi Sergey Getevonyanla qarşılaşacaq.

Tayfur Əliyev də (52 kq) ilk görüşünü qələbə ilə başa vurub. Həmyerlimiz rumıniyalı Marian Ruta üzərində çətin qələbə qazanıb – 2:1. Əliyev 1/4 finalda macarıstanlı İştvan Szaka ilə üz-üzə gələcək.

İsmayıl Hüseynov isə (63 kq) İrlandiya təmsilçisi Cohn Coyza uduzaraq, yarışla vidalaşmalı olub.

Qeyd edək ki, onlardan öncə 3 boksçumuz da ilk döyüşünü qələbə ilə başa vuraraq, 1/4 finala yüksəlmişdi.

Noyabrın 16-dək davam edəcək yarışda millimiz baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Hüseyn Bağırov və Təvəkkül Məmmədovun rəhbərliyi altında çıxış edir. Avropa birinciliyində 13 yeniyetmə boksçumuz gücünü sınayır.