17:54 13-11-2013
news_image

Boksçumuz erməni rəqibinə yerini göstərdi

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində günorta proqramının döyüşləri başa çatıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının 2 üzvü görüşlərini qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə qazanıblar.

46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.

Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Boksçumuz 1/4 finalda macarıstanlı Mate Çazçarı üstələyib – 3:0. Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq.

Axşam proqramında isə daha 2 boksçumuz rinqə çıxacaq.