12:21 14-11-2013
news_image

“Sportinq” yığmamızın üzvünü çağırdı

Azərbaycan yığmasının cüdoçusu Rüstəm Orucov (73 kq) Avropa çempionlarının kubokunda iştirak edəcək. Apasport.az saytının məlumatına görə, London-2012-də yığmamızın heyətində yer alan idmançı Portuqaliya klubunun heyətində tatamiyə çıxacaq. O, burada yerli “Sportinq”in şərəfini qoruyacaq.

Qeyd edək ki, çempionat dekabrda olacaq.