09:24 18-11-2013
news_image

Avropa birinciliyində 4 medal

Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançıları yarışda 3 gümüş və 1 bürünc medala sahib olublar.

Finala vəsiqə qazanmış hər 3 boksçumuz həlledici görüşdə rusiyalı rəqiblərinə uduzub. Rüfət Hüseynov (46 kq) Maqomed Maqomedbekova, Tayfur Əliyev (52 kq) Tamerlan Xanqişiyevə, Hüseyn Tarverdili isə (70 kq) Vladimir Xarçenkoya məğlub olub.

Qeyd edək ki, Ümüd Hüseynov (50 kq) Avropa birinciliyinin bürünc medalına layiq görülüb