09:59 18-11-2013
news_image
981
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Biz onun şərəfinə tost qaldırdıq

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov komandalararası Avropa çempionatının qalibi olduqdan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Polşanın paytaxtı Varşavada qitənin ən güclüsü adını qazanan yığmamızın lideri buna ikinci dəfə yiyələndikləri üçün şad olduqlarını bildirib.

O, millimizdən səhhəti ilə bağlı ayrı düşən Vüqar Həşimovun yoxluğuna təəssüfünü də gizlətməyib: “Çox təəssüf ki, Vüqar Həşimov burada bizlə deyildi. Bu çempionluğun 1 hissəsi ona məxsusdur. Ümid edirik ki, bizim qələbəmiz ona tez sağalmasında kömək edəcək. Hamımız Vüqarın şərəfinə tost qaldırdıq. O komandamıza qayıtdıqda yığmamız daha da güclü olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi 4 il öncə Avropa çempionu olduğu zaman Vüqar da heyətdə yer almışdı.