16:22 19-11-2013
news_image
773
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Erməniləri udmağa hazır idik

“Son 6 ildə 4 Avropa çempionatının 4-də medal qazanmışıq. Bu, Avropanın heç bir ölkəsinə nəsib olmayıb”. Apapsort.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

Təcrübəli qrossmeysterimiz komandalararası Avropa çempionatında 2-ci dəfə qalib adını qazanan millimizin uğurunu şərh edib. Məmmədyarov yarışın yekunları ilə bağlı Bakıda təşkil olunan mətbuat konfransında uğurdan danışıb: “Belə bir turnirdə Avropa çempionu olmağımız bizim yüksək səviyyədə olmağımızı göstərir. 6-cı kimi başlasaq da, qələbə qazandıq. Komanda şəklində işimizi elə qurduq ki, Fransa udsaydı, biz də qələbəyə oynayacaqdıq. Erməniləri udmağa hazır idik. Qarşıda Dünya Kuboku və Olimpiada var. Bu uğuru həmin yarışlar öncəsi böyük hazırlıq kimi yanaşmaq olar. Belə dəstək olarsa, qarşıdakı yarışların hamısında uğurlar əldə etməyə hazırıq”.

Millimizin digər üzvü Teymur Rəcəbov isə qısa danışaraq komanda yoldaşının bütün fikirlərinə qoşulduğunu bildirib.