15:24 20-11-2013
news_image
645
DİGƏR NÖVLƏR

Romada Bakı-2015-lə bağlı hesabat

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 22-də İtaliyanın paytaxtı Romaya rəsmi səfər edəcək. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etməkdir.

Tədbirdə komitənin prezidenti və baş katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.

Burada, həmçinin Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək.

Qeyd edək ki, Baş Assambleyada 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi də seçiləcək.