18:53 22-11-2013
news_image
7333
FUTBOL

“Xəzər Lənkəran” böyük hesabla uduzdu - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan 11 günlük fasilədən sonra klublar ilk qarşılaşmalarına çıxıb.

“Bakı” öz meydanında “Xəzər Lənkəran”la üz-üzə gəlib. Bu qarşılaşmanın ilk hissəsi qolsuz başa çatsa da, fasilədən sonra meydan sahibləri gözlənilmədən qonaqlara 3 cavabsız top vurub. Qollardan sonuncusunu vuran Litva millisinin yarımmüdafiəçisi Mindauqas Kalonas 6 topla komanda yoldaşı Əfran İsmayılova bombardirlik yarışında şərik çıxıb.

Bu matçın başlanmasından 20 dəqiqə sonra Qəbələdə şəhərin eyni adlı komandası doğma azarkeşləri qarşısında AZAL-ı sınağa çəkib. Sensasiya baş verməyib. 8 turdur qələbə üzünə həsrət qalan AZAL güclü rəqibinə minimal hesabla yenilib. Leonardo da Silvanın vurduğu qol onun 5-ci dəfə rəqib qapılarına fərqləndiyi top olub.

İlk oyun gününə Sumqayıtda yekun vurulub. Aqil Məmmədovun komandası ilk dəfə yeni stadionunda “Simurq”u qəbul edib. Birinci dövrədəki qarşılaşmada rəqibinə 1:3 hesabı ilə boyun əyən “Sumqayıt” doğma azarkeşləri qarşısında 3 xal qazanaraq turnir cədvəlinin ən son pilləsindən qurtulmaq istəsə də, bu baş verməyib. Belə ki, “Simurq” minimal hesabla qələbə qazanıb. Bununla da Zaqatala təmsilçisi 5-ci pilləyə qalxıb.

Qeyd edək ki, XIV tur sabah keçiriləcək “İnter” – “Neftçi” oyunu ilə davam edəcək.


Topaz Premyer Liqası
XIV tur
22 noyabr (cümə)

“Bakı” – “Xəzər Lənkəran” - 3:0
QOLLAR: Cavid Hüseynov, 66; Risto Ristoviç, 70; Mindauqas Kalonas, 82
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu,
I dövrədəki oyun – 1:2

“Bakı”: 25. Elxan Əhmədov, 2. Deividas Çesnauskis, 3. Yure Travner, 4. Pedro Mario Alvarez, 5. Ruben Qonzalez, 11. Rauf Əliyev (k), 17. Risto Ristoviç, 20. Mindauqas Kalonas, 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat, 31. Vüqar Mustafayev,
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 8. Cavid Hüseynov, 15. Alberto Noquera, 16. Xavyer Junior Vilson, 19. Marius Pena, 22. Namiq Ələsgərov, 34. Şəhriyar Əliyev
Baş məşqçi: Milinko Pantiç

“Xəzər Lənkəran”: 33. Duqlas Leita, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 22. Deivid Sakkoni, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 11. Zohair Benouahi, 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 23. Nikola Qliqorov
Baş məşqçi: Con Toşak

“Qəbələ” – AZAL - 1:0
QOL: Leonardo da Silva, 72
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu
I dövrədəki oyun – 2:1

“Qəbələ”: 27. David Pietrzkeviç, 6. Volodimir Levin (k), 8. Nizami Hacıyev, 10. Luis Hilario, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva, 88. Müşfiq Teymurov
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 4. Amid Quluzadə, 5. Sadiq Quliyev, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 22. Assis Rodriqes
Baş məşqçi: Yuri Syomin

AZAL: 1. Ruslan Məcidov, 2. Juan Fransisko, 4. Jose Junior Ailton, 7. Cavid Tağıyev, 10. Con Oluremi, 15. Oskars Klava, 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 30. Yuri Fomenko, 31. Şəhriyar Rəhimov
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Natiq Kərimi, 8. Qərib İbrahimov, 21. Rey Məmmədbəyli, 25. Adil Nağıyev, 28. Emin Cəfərquliyev, 22. Ruslan Tağızadə
Baş məşqçi: Vaqif Sadıqov

“Sumqayıt” – “Simurq” - 0:1
QOL: Stepan Polyak, 42
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
I dövrədəki oyun – 1:3

Sumqayıt”: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Samir Abasov, 5. Kərim Diniyev, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 20. Sabir Allahquliyev, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 7. Ruslan Poladov, 16. Məhərrəm Hüseynov, 22. Salif Ballo, 28. Nenad Kiso.
Baş məşqçi: Georgi Çixradze.


komandaoqhmtx
1
Qarabağ
13
8
4
1
25-8
28
2
Neftçi
13
8
4
1
20-9
28
3
Qəbələ
14
8
2
4
21-13
26
4
Bakı
14
6
3
5
25-16
21
5
Simurq14
4
6
4
12-12
18
6
İnter
13
5
2
6
21-18
17
7
AZAL
14
4
5
5
12-17
17
8
Xəzər L
14
3
5
6
10-20
14
9
Rəvan
13
1
5
7
8-25
8
10
Sumqayıt
14
1
4
9
6-22
7

Bombardirlər: Əfran İsmayılov, Mindauqas Kalonas (hər ikisi Bakı) - 6 qol