11:38 22-11-2013
news_image
549
DİGƏR NÖVLƏR

Fövqəladə Hallar Nazirliyinin çoxnövçülük yarışları başa çatdı

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında çoxnövçülük üzrə çempionatı keçirilib. Apasport.az saytının xəbərinə görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yarışlarda 25 qurumdan 25 komanda, 100-ə yaxın idmançı 5 növdə - hündürlüyə və uzununa tullanma, yadro itələmə, 100 və 1000 metrəyə qaçış üzrə mübarizə aparıb.

Yarışlar Respublika Olimpiya Mərkəzində həyata keçirilib. 4 nəfərdən ibarət komandalar yarışın ilk günü uzunluğa tullanma və 100 metrə qaçışda, ikinci günü hündürlüyə tullanma, yadro itələmə və 1000 metrə qaçışda yarışıblar.

İdman sağlamlıq klubu tərəfindən ilk dəfə keçirilən yarışda ilk üç yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX), FHN Akademiya qurumlarının komandaları əldə edib. Şəxsi hesabda ilk yerə İbrahimov Asəf (DYMX) 16 xal ilə, ikinci yerə Quliyev Anar (DYMX) 36 xal və Hüseynov Elmir (Gəncə RM) 48 xal ilə üçüncü yerə layiq görülüblər.

Sayca 2013-cü il üçün 12-ci yarışını həyata keçirən FHN İdman-sağlamlıq klubu qalib komanda və idmançıları kubok, fəxri fərman və hədiyyələrlə təltif edib.