16:51 22-11-2013
news_image
1004
FUTBOL

Milinko Pantiç mətbuat konfransında maaşdan danışdı

“Komandamdan çox razıyam, qələbəyə görə çox şadam. “Xəzər Lənkəran”da fərdi baxımdan çox yaxşı futbolçular toplanıb”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Topaz Premyer Liqasının XIV turunun açılış oyununda “Bakı” doğma meydana “Xəzər Lənkəran”la qarşılaşıb.

İlk hissəsi qolsuz başa çatan görüşün taleyini paytaxt klubu futbolçularının ikinci hissədə vurduğu üç qol həll edib – 3:0. Matçı şərh edən serbiyalı mütəxəssis bildirib ki, 3 gənc futbolçuya oynamaq şansı verib: “Bu futbolçular ölkənin gələcəyidir. Vüqar Mustafayev debüt matçında gözəl oynadı. Çox qol epizodumuz oldu, yararlana bilmədik, lakin ikinci hissədə üç qol vuraraq qələbə qazandıq. “Bakı”da futbolçuların məvacıb almaması haqqında şaiyələr yalandır. Bizim çox yaxşı prezidentimiz var, hər ay əmək haqqımızı alırıq”.

Mənbə: pfl.az