19:06 22-11-2013
news_image
1148
STOLÜSTÜ OYUNLAR

Dünya şahmat tacının yeni sahibi müəyyənləşdi

Norveçli Maqnus Karlsen şahmat üzrə 16-cı dünya çempionu olub. Apasport.az saytının məlumatına görə, o, hindistanlı Vişvanatan Anandla şahmat tacı uğrunda 10-cu görüşdə qələbə qazanıb.

Az öncə oynanılan partiya 65-ci gedişdə heç-heçə ilə başa çatıb. Bundan sonra Karlsen ümumi hesabda 6,5:3,5 hesabı ilə rəqibindən üstün olub.

Qeyd edək ki, Anand 2007-ci ildə dünya çempionluğunu rusiyalı Vladimir Kramnik üzərindəki qələbə ilə qazanmışdı. Hindistanlı şahmat tacını 2010-cu ildə bolqarıstanlı Veselin Topalov və 2012-ci ildə Boris Gelfandla görüşlərdə qoruya bilmişdi.