14:21 23-11-2013
news_image
1810
DİGƏR NÖVLƏR

Zemfira Meftahətdinova: Bu, qürur hissi yaşadır

“Bakı-2015 atletlər üçün karyera müəyyənləşdirən imkanlar və məqamlar qaynağı olacaq”. Apasport.az saytının məlumatına görə, bunu güləş üzrə Olimpiya çempionumuz Fərid Mansurov deyib.

Afina-2004-ün qalibi bu gün paytaxtımızda keçirilən I Avropa Oyunlarının təqdimatında öz fikirlərini açıqlayıb. Loqonu bəyənən Mansurov bildirib ki, yarış xoş məqamlarla yadda qalacaq: “Azarkeşlər yüksək səviyyəli idman yarışı izləyəcəklər. Bu loqonun daşınması Avropa idmanının gələcəyini formalaşdırmağın tərkib hissəsi olmalıdır”.

Stend atıcılığı üzrə Olimpiya çempionumuz Zemfira Meftahətdinova da loqoda əksini tapan 5 elementdən razı qaldığını deyib: “Azərbaycanlı qadın idmançı kimi loqo mənə ölkəmin Avropada idman, biznes və turizm mərkəzi kimi inkişaf etməsinə görə qürur hissi yaşadır”.