12:25 25-11-2013
news_image

86 komanda Bakıya toplaşır

Noyabrın 27-də yeniyetmə və gənc taekvondoçular arasında ümumrespublika birinciliyinə start veriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək yarışa Bakıda və bölgələrində fəaliyyət göstərən 86 komandadan 600-ə yaxın idmançı qatılacaq.

Teakvondoçular 10 çəki (gənc və yeniyetmələr birgə 20) güclərini yoxlayacaqlar. 4 gün davan edəcək birincilikdə şəxsi və komanda birinciliyi üzrə yerlər də müəyyən ediləcək.