22:02 28-11-2013
news_image
1649
STOLÜSTÜ OYUNLAR

Yığmamız Ukraynanı vahid lider etdi - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundiala 2 qələbə ilə başlayan Azərbaycan yığması yarışın 3-cü günündə Ukrayna millisi ilə üz-üzə gəlib.

Aleksandr Xalifmanın kapitanı olduğu komandamız bu dəfə qələbə seriyasını davam etdirə bilməyib. Türkiyə və Hollandiya ilə görüşdə 2 xala yiyələnən millimiz Olimpiya çempionlarına məğlub olublar.

Nəticədə şahmatçılarımız 4 xalla 3-4-cü yerlərə şərik olub. Ukrayna isə 6 xalla vahid liderə çevrilib.



III tur

UKRAYNA – AZƏRBAYCAN - 2,5:1,5
Vasili İvançuk (2731) - Rauf Məmmədov (2647) - 0,5:0,5
Anton Korobov (2713) - Eltac Səfərli (2653) - 0,5:0,5
Aleksandr Moyseenko (2709) - Vasif Durarbəyli (2559) - 1:0
Aleksandr Areşenko (2720) - Qədir Hüseynov (2607) - 0,5:0,5


Türkiyə - Misir - 2,5:1,5
Hollandiya - Almaniya - 2,5:1,5
Rusiya - Çin - 2,5:1,5
Ermənistan – ABŞ - 2,5:1,5


Turnir cədvəli: Ukrayna - 6; Ermənistan - 5; Azərbaycan, Almaniya – 4 xal; Rusiya, – 3; Hollandiya, ABŞ, Türkiyə, Çin - 2; Misir – 0.