11:17 28-11-2013
news_image
1522
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Başlanğıc çox yaxşıdır

Şahmat üzrə Azərbaycan millisinin lideri Teymur Rəcəbov yığmamızın komandalararası dünya çempionatında ilk 2 turu ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionu olduqdan sonra Şəhriyar Məmmədyarovla birgə heyətdə yer almayan qrossmeyster gənclərdən ibarət komandamızın çıxışını yüksək qiymətləndirib.

Rəcəbov bildirib ki, bu qələbələrin ardını gətirmək lazımdır: “Bizim yığma dünya çempionatında ardıcıl 2 qələbə qazandı. İrəli, uşaqlar! Hələ çox oynamaq lazımdır, amma başlanğıc çox yaxşıdır”.

Qeyd edək ki, yığmamız Türkiyə və Hollandiyaya qalib gəlib.