11:33 30-11-2013
news_image
763
STOLÜSTÜ OYUNLAR

Millimiz Rusiyaya məğlub oldu

Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, hesabat turunda Ukraynaya uduzan millimiz bu dəfə rusiyalı həmkarları ilə qarşılaşıb.

Qarşılaşmanın Aleksandr Xalifmanın komandası üçün çətin keçəcəyi sözsüz idi. Çünki şimal qonşularımız əvvəlki turlardakı xal itkisini sığortalamaq arzusunda idi.

IV tur
AZƏRBAYCAN – RUSİYA - 1,5:2,5
Rauf Məmmədov (2647) – Vladimir Kramnik (2793) 0,5:0,5
Eltac Səfərli (2653) – Sergey Karyakin (2756) 0:1
Nicat Məmmədov (2616) – Aleksandr Qrişuk (2785) 0,5:0,5
Qədir Hüseynov (2607) – Nikita Vityuqov (2741) 0,5:0,5


Misir – ABŞ 0,5:3,5
Türkiyə - Hollandiya 0,5:3,5
Almaniya - Ukrayna 1:3
Çin - Ermənistan 2,5:1,5


Turnir cədvəli: Ukrayna - 8; Ermənistan, Rusiya - 5; Azərbaycan, Almaniya, Hollandiya, ABŞ, Çin - 4; Türkiyə - 2; Misir – 0.