23:02 02-12-2013
news_image
2191
STOLÜSTÜ OYUNLAR

Millimiz ABŞ-a məğlub oldu - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatında bu gün VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, hesabat turunda Ermənistanla heç-heçə edən Azərbaycan millisi bu dəfə ABŞ yığması ilə üz-üzə gəlib.

Aleksandr Xalifmanın rəhbərlik etdiyi komandamız görüşü öz xeyrinə başa vura bilməyib. Millimiz amerikalılara məğlub olaraq mükafatçılar sırasında yer almaq şansını çətinə salıb.






VI tur
AZƏRBAYCAN – ABŞ - 1,5:2,5
Rauf Məmmədov (2647) – Hikaru Nakamura (2786) - 0,5:0,5
Eltac Səfərli (2653) – Qata Kamski (2721) - 0,5:0,5
Nicat Məmmədov (2616) – Aleksandr Onişuk (2672) - 0,5:0,5
Qadir Hüseynov (2607) – Rey Robson (2613) - 0:1


Misir – Çin - 1:3
Hollandiya - Ukrayna - 2,5:1,5
Türkiyə - Rusiya - 1:3
Almaniya - Ermənistan - 3:1


Turnir cədvəli: Ukrayna - 10 xal, Rusiya - 9, Hollandiya, Çin - 8, Ermənistan, Almaniya, ABŞ - 6, Azərbaycan - 5, Türkiyə - 2, Misir - 0.