22:35 03-12-2013
news_image
2334
STOLÜSTÜ OYUNLAR

Yığmamız Çinə məğlub oldu - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, son turlarda xal itkisi ilə üzləşən Azərbaycan yığması bu dəfə Çin millisi ilə zəkasını yoxlayıb.

Mundialda liderlərsiz iştirak edən komandamız asiyalılarla görüşdə də məğlubiyyətdən qaça bilməyib. Aleksandr Xalifmanın rəhbərlik etdiyi yığmamızın artıq gücünün tükəndiyindən 1:3 hesabı ilə uduzaraq, 8-ci pilləyə enib.






VII tur
ÇİN – AZƏRBAYCAN - 3:1
Li Hao (2679) - Rauf Məmmədov (2647) - 1:0
Dinq Liren (2711) - Eltac Səfərli (2653) - 0.5:0.5
Bu Xiandji (2683) - Nicat Məmmədov (2616) - 0.5:0.5
Yu Yanqi (2668) – Vasif Durarbəyli (2559) - 1:0


Ukrayna – Misir - 2,5:1,5
Rusiya – Hollandiya - 3,5:0,5
Ermənistan – Türkiyə - 3:1
ABŞ – Almaniya - 3:1


Turnir cədvəli: Ukrayna - 12 xal, Rusiya - 11, Çin - 10, ABŞ, Hollandiya, Ermənistan - 8, Almaniya - 6, Azərbaycan - 5, Türkiyə - 2, Misir - 0.