10:45 04-12-2013
news_image
692
DİGƏR NÖVLƏR

Andrey Popoviç əvəzedici komandaya göndərildi

21 yaşadək futbolçulardan ibarət millimizin qapıçısı Andrey Popoviç “Tavşanlı Linyitspor”un əvəzedici komandasında debüt edib. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş ukraynalı qapıçı “Əskişəhərspor”la səfər görüşündə komandasının qapısını qoruyub.

“Əskişəhərspor”un əvəzedici komandasına göndərilən əsas millimizin üzvü Ufuk Budakın “18-lik”də olmadığı görüşdə Popoviç 90 dəqiqə çıxış edib. Andrey 50 və 77-ci dəqiqələrdə rəqibin qollarına mane ola bilməyib. Qarşılaşma isə onun komandasının 1:2 hesablı yenilgisi ilə başa çatıb.

Qeyd edək ki, Popoviçin əvəzedici komandada oynaması müvəqqəti ola bilər. Çünki ona şans verməyən Ümit Erol Tok artıq istefaya göndərilib. Ancaq qapıçımızın bu gün Türkiyə kubokunun “Akhisar Bələdiyyəspor”la görüşündə “18-lik”də olacağı inandırıcı görünmür.