22:37 04-12-2013
news_image
1551
STOLÜSTÜ OYUNLAR

Yığmamız Misirə qalib gəldi - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatı bu gün VIII turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, son turlarda uğursuz çıxış edərək, medal qazanmaq şansını heçə endirən Azərbaycan yığması bu dəfə Misir millisi ilə üz-üzə gəlib.

Gözlənildiyi kimi, Aleksandr Xalifmanın rəhbərlik etdiyi komanda autsayderlə matçda çətinliklə üzləşməyib. Aktivində 1 xalı olmayan misirlilər təmsilçimizlə görüşdə 1 heç-heçəyə belə imza ata bilməyiblər.





VIII tur
MİSİR - AZƏRBAYCAN - 0:4
Xalid Abdel Razik (2450) - Eltac Səfərli (2653) - 0:1
Sami Şoker (2500) - Nicat Məmmədov (2616) - 0:1
Bassem Amin (2652) - Vasif Durarbəyli (2559) - 0:1
Həsən Labib İbrahim (2411) – Qədir Hüseynov (2607) - 0:1


Ukrayna - Rusiya - 1,5:2,5
Hollandiya - Ermənistan - 0,5:3,5
Türkiyə - ABŞ - 2:2
Almaniya – Çin - 1,5:2,5


Turnir cədvəli: Rusiya - 13, Ukrayna, Çin - 12 xal, Ermənistan - 10, ABŞ - 9, Hollandiya - 8, Azərbaycan - 7, Almaniya - 6, Türkiyə - 3, Misir - 0.