11:12 05-12-2013
news_image

Xatirə turniri başladı

Bu gün Azərbaycan Texniki Universitetinin İdman Sarayında əməkdar məşqçi, respublikamızda boksun banisi olan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start verilib. Apasport.az saytının xəbərinə görə, yarışda gənc boksçularımızla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan və Ukrayna komandaları iştirak edəcəklər. Azərbaycan komandası turnirdə baş məşqçi Şamil Əlimcanovun rəhbərliyi altında geniş tərkibli heyətlə mübarizə aparacaq. Yarışa dekabrın 8-də yekun vurulacaq.