18:40 05-12-2013
news_image
1907
STOLÜSTÜ OYUNLAR

Yığmamız yalnız Türkiyə və Misiri qabaqladı - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mükafatçılar sırasına düşmək şansını 2 tur öncə itirən Azərbaycan yığması sonuncu oyun günündə Almaniya millisi ilə qarşılaşıb.

Görüş hər 2 yığma üçün formal xarakter daşısa da, rəqib qələbə qazanaraq, Aleksandr Xalifmanın rəhbərlik etdiyi komandamızı qabaqlayıb. Nəticədə FİDE prezidentinin nominantı kimi mundiala qatılan və ötən ay Avropa çempionu olan millimiz yarışı 8-ci yerdə başa vurub. Onlar yalnız ev sahiblərini və Misir yığmasını geridə qoyublar.

Dünya çempionu adına isə Rusiya millisi layiq görülüb. Çin şahmatçıları ikinci (əlavə göstəricilərə görə), Ukrayna yığması isə üçüncü olub.

IX tur
AZƏRBAYCAN – ALMANİYA - 1:3
Rauf Məmmədov (2647) – İqor Xenkin (2612) - 0,5:0,5
Eltac Səfərli (2653) – Qeorq Meyer (2623) - 0,5:0,5
Nicat Məmmədov (2616) – Daniel Fridman (2600) - 0:1
Vasif Durarbəyli (2559) – Arkadi Naydiç (2727) - 0:1


Rusiya - Misir - 2,5:1,5
Ermənistan - Ukrayna - 1,5:2,5
ABŞ - Hollandiya - 2:2
Çin - Türkiyə - 3:1


Turnir cədvəli: Rusiya - 15 xal, Çin, Ukrayna - 14; ABŞ, Ermənistan - 10; Hollandiya – 9; Almaniya – 8; Azərbaycan – 7; Türkiyə - 3; Misir - 0.