14:06 09-12-2013
news_image

Azərbaycan yığması Mançesterə yollanır

Taekvondo üzrə Azərbaycan millisi Mançesterdə keçiriləck Qran-pri turnirinə qatılacaq. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, öz çəki dərəcələrində reytinqləri yüksək olan idmançıların turnirinə millimiz qurumun vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi altında yollanacaq.

Belə ki, dekabrın 10-də səfərə çıxacaq komandamızın heyətinə Mikayıl Əliyev (58 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (+80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) daxil ediliblər.

Qeyd edək ki, dekabr 13-15-də baş tutacaq yarışda qızıl medalların sahibləri reytinqlərinə 80 xal əlavə edəcəklər. İkinci və üçüncü yerləri tutacaq idmançılar isə aktivlərinə müvafiq olaraq, 60 və 40 xal əlavə edəcəklər.

Komanda vətənə dekabrın 17-də dönəcək.