13:58 11-12-2013
news_image

2 boksçumuz finalda

Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş qadınlar arasında beynəlxalq boks turnirində finalçılar məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının 2 üzvü də həlledici döyüşdə iştirak etmək hüququ qazanıb.

Yana Alekseyeva (60 kq) və Aynur Rzayeva (81 kq) yarımfinal görüşlərini qələbə ilə başa vuraraq, finala yüksəliblər. Anna Əlimərdanova (51 kq), Əzizə Abbasova (48 kq), və Leyla Cavadova (75 kq) yarımfinalda uduzaraq, bürünc medala sahib olublar.

Qeyd edək ki, final görüşləri dekabrın 11-də keçiriləcək.