15:11 12-12-2013
news_image

Qadın boksçularımız Qazaxıstanda 5 medal qazandılar

Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.

81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayevə final görüşündə qalib gələrək, turnirin baş mükafatına yiyələnib. Yana Alekseyeva isə (60 kq) həlledici görüşdə Astana boksçusu Aleksandra Ritkovskayaya uduzaraq, gümüş medala sahib olub.

Qeyd edək ki, Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimardanova (51 kq) bürünc medalla kifayətləniblər.