23:16 12-12-2013
news_image
1710
DİGƏR NÖVLƏR

Dünya çempionumuz qəzaya düşdü, 4 yaralı var - FOTO

Avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü, kanoeçi Valentin Demyanenko avtomobil qəzası ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, hadisə Gəncədə qeydə alınıb.

Belə ki, Gəncə sakini 1984-cü il təvəllüdlü Məmməd İsmayılov “VAZ 2107” markalı avtomobili idarə edərkən qarşı tərəfdən gələn Demyanenkonun “BMW”si ilə toqquşub.

Qəzadan sonra “VAZ 2107” digər “VAZ 2107” markalı avtomobillə çarpılıb.

Qəza nəticəsində hər iki “VAZ”da olan 4 sərnişin müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəza törədən İsmayılov sərxoş vəziyyətdə olub.

Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir, faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Demyanenko bu ilin sentyabrında Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.