14:17 14-12-2013
news_image
1263
DÖYÜŞ NÖVLƏRİ

Yuri Syomindən Azərbaycan boksçusuna dəstək - FOTOSESSİYA

Bu gün Azərbaycanı və “Qəbələ”ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Qəbələ Olimpiya İdman Kompleksində Avropa çempionluğu uğrunda Almaniya təmsilçisi Matias Pelklə üz-üzə gələcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, döyüşdən öncə plana uyğun olaraq döyüşçülər tərəziyə çıxıblar.

Çəki ölçmə mərasimində boksçular və Təşkilat Komitəsinin üzvləri ilə yanaşı, "Qəbələ"nin məşqçi və futbolçu heyəti də iştirak edib. Boksçuya dəstək verən "qırmızı-qaralar" ona turnirdən xatirə köynəkləri imzaladıblar. Dəstəkçilər arasında baş məşqçi Yuri Syomin də yer alıb.