12:27 17-12-2013
news_image

Bolqarlar razılıq verdilər: Stanka Zlateva Azərbaycana gəlir!

Güləş üzrə 5 qat dünya çempionu Stanka Zlateva istəyinə nail olub. Apasport.az saytının məlumatına görə, 30 yaşlı idmançı hazırlığını Azərbaycan millisinin düşərgəsində keçəcək.

Belə ki, Bolqarıstan Güləş Federasiyasının prezidenti Valentin Yordanovla gənclər və idman naziri Mariana Georgiyeva arasında danışıqlar müsbət nəticələnib. Onlar Zlatevaya şəxsi məşqçisi, hazırda Azərbaycan millisini çalışdıran Semyon Şterevin rəhbərliyi altında Bakıda hazırlıq keçməsi üçün vəsait ayrılmasına qərar veriblər.

Hərçənd, qaydalara əsasən Bolqarıstan öz idmançılarının 40 gün xaricdə məşq keçməsinin xərcini çəkir. Yalnız nazirliyin icazəsi ilə istisnalar mümkündür. Stankaya da məhz belə güzəşt olunub. Çünki əks halda güləşçi karyerasını başa vuracağını demişdi.

Qeyd edək ki, Azərbaycan millisinin də xidmətində maraqlı olduğu Zlateva London olimpiadasındakı çıxışından 16 ay sonra 2014-cü ildə keçiriləcək dünya çempionatında mübarizəyə qoşula bilər.