15:05 17-12-2013
news_image
1247
DÖYÜŞ NÖVLƏRİ

Moskvada azərbaycanlı-erməni dueli - FOTO

Boks üzrə milli komandamızın sabiq üzvü, 2005-ci ildə Çində keçirilən dünya çempionatının gümüş mükafatçısı Romal Amanov peşəkar rinqdə özünü sınamağı qərara alıb. Apasport.az saytının məlumatına görə, indiyə qədər 3 döyüşdə qalib gələn həmyerlimiz dördüncü görüşünü Moskvada “The winner takes it all” adlı boks gecəsində keçirəcək.

Amanovun rəqibi Pyatiqorskda yaşayan erməni boksçu Sevak Baqdasaryan olacaq. Gecənin əsas döyüşündə əfsanəvi Roy Cons fransalı Zineddin Benmaklofla üz-üzə gələcək.

Qeyd edək ki, bu döyüş WBU versiyası üzrə ilk ağır çəkidə (90,7 kq) dünya çempionluğu kəməri uğrundadır. Bundan başqa, boks gecəsində rusiyalı Dmitri Çudinov Kolumbiya idmançısı Xuan Kamilo Novoa ilə qarşılaşacaq. Dekabrın 21-də “Dinamo” İdman Sarayında keçiriləcək boks gecəsi Rossiya-2 kanalı ilə canlı yayımlanacaq.