14:45 18-12-2013
news_image
864
TOP OYUNLARI

“Rabitə”, “İqtisadçı” və “Azəryol”un fərqi - STATİSTİKA

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda “Rabitə”, “İqtisadçı” və “Azəryol”lə təmsil olunan Azərbaycan klublarından ən yüksək göstəriciyə mərhələ adlayan komandalarımızın üzvləri imza atıblar.

Belə ki, 6 oyunun hamısında qalib gələrək, pley-offa lider kimi yüksələn Azərbaycan çempionunun oyunçusu Aurea Kruz topu ən yaxşı oyuna daxil edənlər arasında birinci olub. Onun 15 servisi “Rabitə”yə birbaşa xal qazandırıb.

Növbəti mərhələyə ən yaxşı 3-cü yerin sahibi kimi vəsiqə qazanan “İqtisadçı”dan Lenka Dürr fərqlənib. Almaniyalı libero ən yaxşı top qəbul edənlər sırasında faizə görə hamını qabaqlayıb.

Çempionlar Liqasında mübarizəni dayandıran və çıxışını CEV kubokunda davam etdirəcək “Azəryol”da isə lider yoxdur.

Ən çox xal toplayan

KlubuOyun sayıSet sayıTopladığı xal
1. Olesiya Rıxlyuk
Volero
6
26
149
2. Montano Madelayne
Qalatasaray
6
25
147
3. Natalya Obmaçayeva
Dinamo (Moskva)
6
24
130
...8. Katarjina Skovronska
Rabitə
6
22
97


Ən yaxşı blokçular

KlubuOyun sayıSet sayıTopladığı xal
1. Susana Yefimenko
Atom
6
21
28
2. Maya Polyak
Əczaçıbaşı
6
19
25
3. Stefana Veljkoviç
Qalatasaray
6
25
21
4. Anneris Varqas
Azəryol
6
21
19


Ən yaxşı top qəbul edənlər

KlubuOyun sayıSet sayıDüzgün qəbul (faizlə)
1. Lenka Dürr
İqtisadçı
4
11
54,55
2. Liza Tomsen
Azəryol
3
14
52,68
3. Françeska Markon
Yamamay
5
18
49,60


Topu oyuna ən yaxşı daxil edənlər

KlubuOyun sayıSet sayıTopladığı xal
1. Aurea Kruz
Rabitə
6
23
15
2. Yelena Yureva
Omiçka
6
22
14
3. Stefana Veljkoviç
Qalatasaray
6
25
14
...6. Manon Flier
İqtisadçı
6
22
12


Ən yaxşı toppaylayıcılar

KlubuOyun sayıSet sayıƏla ötürmə (faizlə)
1. Vera Vetrova
Dinamo (Moskva)
6
22
51,81
2. Nutsara Tomkom
Rabitə
6
14
45,16
3. İlka Van de Viver
Kann
5
13
42,42
4. Kiuyue Vey
İqtisadçı
4
21
42,31