15:09 18-12-2013
news_image
1772
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan yığmasında kubalı

Dekabrın 19-da Rusiyanın Xantı-Mansiysk Neft Ölkələrinin Dünya Kuboku turniri start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan yığması eksperimental heyətlə mübarizə aparacaq.

Belə ki, “Baku Fires” klubunun bəzi boksçuları da turnirdə qüvvələrini sınayacaqlar. Komandamızın heyətində ən təcrübəli boksçu kimi Avropa çempionatının iştirakçısı Tamerlan Abdullayevlə (69 kq), bir çox beynəlxalq turnirlərin mükafatçısı Tural Əhmədovu (56 kq) qeyd etmək olar.

Bu yarışda kubalı boksçu Lorenzo Sotomayor Kollazo da (64 kq) yığmamızın heyətində debüt edəcək. Sotomayor hazırda “Qəbələ” klubunda çalışan Lazaro Ximenes Martinesin yetirməsidir.

London Olimpiadasının iştirakçısı Soltan Migitinov da (75 kq) Neft Ölkələrinin Dünya Kubokunda çıxış edəcək. “Baku Fires” klubunun gənc boksçularından Kamil Əhmədov (69 kq), Batraz Qutziyev (81 kq) də heyətə daxil edilib.

Millimizin heyəti

49 kq: Rüstəm Musayev
52 kq: Məhəmməd Abdulhəmidov
56 kq: Tural Əhmədov
60 kq: Nəsrəddin Məmmədov, Fərid İsmayılov
64 kq: Lorenzo Sotomayor Kollazo, Çingiz İslamov
69 kq: Tamerlan Abdullayev, Kamil Əhmədov
75 kq: Soltan Migitinov
81 kq: Batraz Qutsiyev
91 kq: Abdulqadir Abdullayev
91+kq: Kamran Mehdiyev, Üzeypat İsmayılov


Qeyd edək ki, turnirdə Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Çin, Monqolustan, Latviya, Ermənistan, Moldova, Qırğızıstan, Litva və Çexiya komandalarının iştirak etməsi gözlənilir. Yarışda ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edəcək.