10:57 19-12-2013
news_image
1149
DÖYÜŞ NÖVLƏRİ

Olimpiya çempionumuz “55”lə yola salındı

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son Qran-Pri turnirlərinin yekunlarına əsasən açıqlanan siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb.

Belə ki, idmançılarımız yarışlara qatılmasalar da, rəqiblərinin xal itkisi onların mövqeyini yaxşılaşdırıb. Komandamızın heyətində İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Şahin Qəhrəmanov (90 kq) və Ramilə Yusubova (63 kq) hərəyə bir pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 12, 17, 8, 6 və 65-ci yerdədirlər.

Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Elxan Məmmədov (100 kq) və Elmar Qasımov (100 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 48, 14, 34, 1-ci və 8-ci yerdədirlər.

Bu idmançılarımızdan fərqli, Kifayət Qasımova (57 kq) geriləyib. O, 15-ci yerdən 19-cu pilləyə enib.

Artıq karyerasını başa vuran Elnur Məmmədli də reytinq cədvəlində yer alıb. Olimpiya çempionu qərarını açıqladıqdan sonra müəyyənləşən siyahıda 2 rəqibini irəli buraxmaqla, 55-ci yerdədi.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.