16:53 19-12-2013
news_image
1582
DİGƏR NÖVLƏR

Bakı-2015-i yayımlayacaq şirkət müəyyənləşdi

Bakıda keçiriləcək I Avropa Oyunlarını yayımlayacaq teleyayım şirkəti məyyənləşib. Apasport.az saytının məlumatına görə, 2015-ci ildə baş tutacaq yarışı International Sports Broadcasting (ISB) yayımlayacaq.

Belə ki, Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) Azərbaycan paytaxtında keçiriləcək Avropa Oyunlarını yayımlayacaq Beynəlxalq İdman Yayımı Teleyayımı Şirkəti (International Sports Broadcasting, ISB) ilə rəsmi saziş imzalayıb. Bu saziş 12-28 iyunda (2015-ci il) Avropanın və bütün dünya azarkeşlərinin Xəzər dənizinin sahilində yerləşən Bakıda keçiriləcək ilk Avropa Oyunlarını televiziya və onlayn vasitəsilə izləmək imkanına malik olacağını nəzərdə tutur. Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən yaradılan və 2012-ci ilin dekabrında Bakıda keçirilməsi qərara alınan Oyunlarda 49 ölkədən 5,000-dən artıq idmançı ən azı 18 idman növü üzrə yarışacaqlar.

16 gün davam edəcək Avropa Oyunları zamanı Beynəlxalq İdman Yayımı Teleyayımı yüksək dəqiqliklə gözlənilən 1,200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək, bura bütün yarımfinalla finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. ISB açılış və bağlanış mərasimlərini və Azadlıq Meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq.

ISB dünyada idman yayımında özünün üstün və yenilikçi xüsusiyyətlərinə görə tanınır. 1996-cı ildə Manolo Romero tərəfindən əsası qoyulan ISB dünyanın çox saylı aparıcı idman tədbirlərinin teleyayımı şirkətidir, bura yeddi Olimpiya Oyunları, altı Paralimpiya Oyunları, çoxsaylı Dünya çempionatları və Dünya Kuboku üzrə yarışlar və Pan-Amerika Oyunları kimi qitə tədbirləri daxildir.

Teleyayım şirkəti olmaqla yanaşı, ISB 2015-ci il Avropa Oyunları üzrə teleyayımı hüquqlarının Avropada və onun hüdudlarından kənarda satışını idarə edəcək qurum olaraq təyin edilib. ISB həmçinin, 2015-ci il Avropa Oyunları üçün Beynəlxalq Teleyayımı Mərkəzinin layihəsini işləyib hazırlayacaq və həmin mərkəzi idarə edəcək.

Azərbaycan gənclər və idman naziri və BAOƏK baş icraçı direktoru Azad Rəhimov bunu yüksək quymətləndirib: “Hərtərəfli teleyayım təkliflərinə malikolma strategiyamızın mühüm hissəsi olub, Avropa Oyunlarının uğurlu yayımını təmin edir və Beynəlxalq İdman Yayımı Şirkətində biz mükəmməl tərəfdaşımızı görürük. Manolo Romero və onun komandası bizə Avropa idmançılarının çıxışlarını, habelə ölkəmizin tarixini və mədəniyyətini dünya izləyicilərinə nümayiş etdirməkdə yardımçı olacaq”.

AOK prezidenti Patrik Hikki isə bildirib ki, bu, yalnız 2015-ci il Bakı Avropa Oyunlarının teleyayımı üçün deyil, həm də Avropa Oyunlarının uzunmüddətli dayanıqlı inkişafı üçün çox müsbət xəbərdir: “Bu göstərir ki, Avropa Oyunları həyati qabiliyyətli məhsul olub, Avropada və dünyada əhəmiyyətli TV izləyiciləri idarə etmək iqtidarındadır. Eyni zamanda, bu, gələcək buraxılışlar üçün ciddi kommersiya tərəfdaşlarını cəlb etməyə yardımçı olacaq. Bütün bu deyilənlərdən əlavə, mən məmnunam ki, Avropanın elit idmançıları öz istedadlarını nümayiş etdirmək üçün müvafiq teleyayım platformasına malik olacaqlar”.

ISB-nin rəhbəri Manolo Romero da sazişlə bağlı fikirlərini açıqlayıb: “Biz dünyanın bir çox mühüm tədbirlərini yayımlamaq imkanına malik olduğumuz üçün çox xoşbəxtik və həmçinin, tədbirlərin əhatə dairəsinin genişlənməsinə yardımçı olmaq kimi nadir fürsətə malikik. İnanırıq ki, Avropa Oyunları dünyanın növbəti möhtəşəm idman tamaşalarından biri olacaq. Biz bu Oyunları Avropaya və dünyanın qalan hissəsinə yayım edəcək şirkət olaraq seçilməyimizdən və Bakı ilə tərəfdaş olub, onun dinamik və sürətlə inkişaf edən mədəniyyətini nümayiş etdirəcəyimizdən qürur duyuruq”.

2015-ci il Avropa Oyunları irsini dəstəkləmək məqsədilə Beynəlxalq İdman Yayımı Şirkəti Avropa Oyunları ərəfəsində və müddəti zamanı Azərbaycandan olan idman yayımı üzrə peşəkar mütəxəssislər üçün təcrübi treninqlər və məşğələlər keçirməklə onlarla çalışacaq.

BAOƏK Baş əməliyyat təmsilçisi Cim Şerr isə bildirib ki, bu bəyanat Avropa Oyunları üçün mühüm mərhələ təşkil edir və Beynəlxalq İdman Yayımında dünya lideri olan şirkət ilə tərəfdaşlıq etməkdən məmnuniyyət hissi keçirmək lazımdır: “İdmançılar, Milli Olimpiya Komitələri və İdman Federasiyaları əmin ola bilərlər ki, Beynəlxalq İdman Yayımı Şirkətinin fəaliyyəti ərzində Avropa Oyunları Avropanın ən yaxşı idmançılarına münasib mümkün ən geniş teleyayım imkanlarına malik olacaq”.