16:59 19-12-2013
news_image
655
DİGƏR NÖVLƏR

Nazirlik Azərbaycanın ən yaxşılarını “Buta”ya yığır

Gənclər və İdman Nazirliyinin 2013-cü ilin yekunlarına həsr etdiyi ənənəvi tədbirin vaxtı və yeri dəqiqləşib. Apasport.az saytına verdiyi məlumata görə, təntənəli mərasim dekabrın 23-də “Buta Palace”da təşkil ediləcək.

Tədbirdə həmişəki kimi ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası digər nominasiyaları üzrə qaliblər mükafatlandırılacaqlar.

Qeyd edək ki, mərasimin “Buta Palace”da keçirilməsi də artıq adət halını alıb.