17:42 20-12-2013
news_image
680
DİGƏR NÖVLƏR

Azərbaycan idmançılarından yeni medal rekordu

2013-cü ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 782 medal qazanıblar. Bu haqda Lent.az-a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.

Onun sözlərinə görə, medallardan 280-i qızıl, 233-ü gümüş, 269-u bürünc olub. Olimpiya növlərində isə 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) əldə edilib.

Qeyd edək ki, 2012-ci ildə idmançılarımızın medal sayı cəmi 735, olimpiya növlərində isə 273 olub.