11:13 23-12-2013
news_image

Yeni il öncəsi Azərbaycan çempionatı

Taekvondo üzrə Azərbaycan çempionatının başlama vaxtı dəqiqləşib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa dekabrın 27-də start veriləcək və 2 gün davam edəcək.

“Sərhədçi” Olimpiya İdman Kompleksində keçiriləcək çempionatda kişi və qadın taekvondoçular hərəsi 8 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcək. Yarışda fərqlənən idmançı və komandalara federasiya tərəfindən müvafiq dərəcəli diplom və təsis edilmiş prizlər veriləcək.