21:10 23-12-2013
news_image
1455
DİGƏR NÖVLƏR

İlin ən yaxşılarının adları açıqlandı - YENİLƏNİB

Bu gün Gənclər və İdman Nazirliyi 2013-cü ilə yekun vurulub. Apasport.az saytına verdiyi məlumata görə, “Buta Palace”da təşkil edilən təntənəli mərasimdə ən yaxşılarının adları məlum olub.

Tədbirdə həmişəki kimi ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası, digər nominasiyaları üzrə qaliblər mükafatlandırılıblar.

İlin ən yaxşı məşqçiləri
Ağanağı Cəfərov (cüdo)
Yadigar Məmmədov (boks)
İsmail Çöpsiyev (Yunan-Roma güləşi)

İlin ən yaxşı yarış təşkilatçısı
Güləş Federasiyası

İlin ən yaxşı federasiyası
Boks Federasiyası

İlin idman cəmiyyəti
“Neftçi” İdman Sağlamlıq Mərkəzi

İlin idman klubu
“Ümid” İdman Klubu

İlin olimpiya idman kompleksi
Kürdəmir Olimpiya İdman Kompleksi

“Qızıl onluq”
Məhəmmədrəsul Məcidov (boks, dünya və Avropa çempionu)
Elxan Məmmədov (cüdo, dünya çempionu)
Cavid Çələbiyev (boks, dünya çempionu)
Orxan Səfərov (cüdo, dünya çempionatını bürünc mükafatçısı)
Xetaq Qazyumov (sərbəst güləş, dünya çempionatını gümüş mükafatçısı)
Teymur Məmmədov (boks, dünya çempionatının bürünc mükafatçısı)
Firudin Quliyev (ağırlıqqaldırma, Universiadanın qalibi, dünya çempionatının üçüncüsü)
Radik İsayev (taekvando, dünya çempionatının bürünc mükafatçısı)
Rafael Ağayev (karate, Avropa çempionu, İslam Həmrəylik Oyunlarının qalibi)
İlham Zəkiyev (pararlimpiyaçı, Avropa çempionu)

İlin ən yaxşı komandası
Şahmat üzrə Azərbaycan yığması (Avropa çempionu)

İlin ən yaxşı olimpiya kompleksi
Qəbələ Olimpiya Kompleksi