16:24 25-12-2013
news_image
1079
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan” - №1 - FOTO

Milli Olimpiya Komitəsinin rəsmi nəşri olan “Olimpə doğru” jurnalı və “Olimpiya dünyasi” qəzetinin təşkilatçılığı ilə ilin yekunlarına həsr olunmuş səsvermənin nəticələri açıqlanıb. Apasport.az saytının xəbərinə görə, qaliblər bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən tədbirdə mükafatlandırılıb.

Nominantlar arasında Azərbaycan Velosiped İdmanı Federasiyası da var. Belə ki, bu ilin mayında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş çoxgünlük “Tour d’Azerbaidjan” veloyürüşü “Ilin yarışı” nominasiyasında 1-ci yerə layiq görülüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevə mükafatı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib. MOK rəsmisi “Tour d’Azerbaidjan” veloyürüşünün Azərbaycanın idman həyatında xüsusi yer tutduğunu bildirib və AVİF-ə gələcək fəaliyyətində uğurlar arzulayıb.