11:38 27-12-2013
news_image
2027
DİGƏR NÖVLƏR

Soçi-2014-ə yollanacaq Azərbaycan millisinin heyəti - SİYAHI

2014-cü il fevralın 7-də Rusiyanın Soçi şəhərində start götürəcək XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Apasport.az-a verilən məlumata görə, yarışda 5 idmançımız mübarizə aparacaq.

Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti, eləcə də xizəkçilər Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivaridir.

Nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva rəhbərlik edəcək. Olimpiadaya yola düşəcək dövlət nümayəndələri arasında gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyasının prezidenti İskəndər Xəlilov və idman sahəsində tanınmış digər şəxslər də var.

Qeyd edək ki, idmançılarımız arasında daha çox Aleksey Sitnikov - Yuliya Zlobina duetinə ümid bəslənilir. Bu cütlük il ərzində “Volvo” Açıq Kuboku (Riqa, Latviya), “Golden Snip” (Zaqreb, Xorvatiya) və Ukrayna Açıq Turnirındə (Kiyev, Ukrayna) 1-ci, Qış Universiadasında (Trentino, İtaliya) isə ikinci yeri tutub. Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.