10:07 28-12-2013
news_image
1359
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanın yeni çempionları

Taekvondo üzrə Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə sensasiya baş verməyib.

Gözlənildiyi kimi, millimizin liderləri - Fariz Əliyev, Ramin Əzizov və Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda çətinlik çəkməyiblər. Amma qadınların yarışında milliləşdirilmiş legionerlər “at oynadıblar”.

3 çəkidə eyni sayda türkiyəli çempionatı mükafatla başa vurub. Onlardan Hülya Oveyoğulları və İnci Sönməz çempion olduqları halda, Sinem Bayar bürünc medalla kifayətlənib.


Qadınlar
46 kq

1. Türkanə Tahirli
2. Aygül Həşimova
3. Sinem Bayar
3. Nübar Hacıyeva

53 kq
1. Hülya Oveyoğulları
2. Səbinə Mikayılova
3. Surə Fərəcli
3. Günay Ağayeva

62 kq
1. İnci Sönməz
2. Yelena Abbasova
3. Darya Qorbaçeva
3. Aytən Səmədli

Kişilər
58 kq

1. Samir Cavadlı
2. Məhəmməd Məmmədov
3. Maqomedyasin İbraqimov
3. Ruslan Abbasov

68 kq
1. Fariz Əliyev
2. Namaz Heydərov
3. Elvin Məmmədov
3. İkram Davıdov

80 kq
1. Ramin Əzizov
2. Seyidəzimli Bədirxanlı
3. Vladislav Subbotun
3. Səid Quliyev

87 kq
1. Radik İsayev
2. Bayraməli Vəliyev
3. Fərid Tağızadə
3. Natiq Ağayev

Qeyd edək ki, yarışa 32 komandadan 280 idmançı qatılıb. “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən yarış bu gün başa çatacaq.