11:41 28-12-2013
news_image
711
DİGƏR NÖVLƏR

Federasiya hamıya velosiped verir

31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə Velosiped İdmanı Federasiyası Dənizkənarı Milli Park İdarəsi ilə birlikdə sabah saat 16:00-da həvəskarlar üçün yürüş keçirəcək. Apasport.az saytının xəbərinə görə, yürüş Əl Oyunları İdman Sarayının yanından start götürəcək və saat qülləsinin yanında başa çatacaq. Velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin ediləcək, kiçik yaşlı uşaqlara yeni il hədiyyələri təqdim olunacaq.

Federasiya bütün velosiped həvəskarlarını bayram yürüşünə dəvət edir.