12:04 29-12-2013
news_image
1354
DÖYÜŞ NÖVLƏRİ

Olimpiya çempionumuza uduzan güləşçi qəzada öldü

Rusiyanın tanınmış sərbəst güləşçisi Besik Kuduxov avtomobil qəzasında ölüb. Lent.az-ın məlumatına görə, Şimali Osetiyanın Gənclər və İdman nazirliyindən hadisənin Vladiqafqaz – Krasnodar yolunda baş verdiyi açıqlanıb.

Armavir yaxınlığından keçən magistral yolda Kuduxovun idarə etdiyi avtomobil iri tonnajlı yük maşını ilə toqquşub. Nəticədə 27 yaşlı pəhləvan yerindəcə keçinib.

Qeyd edək ki, Besik Kuduxov 4 qat dünya çempionu, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. O, son olimpiadada 60 kq çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan təmsilçisi Toğrul Əsgərova uduzub.