09:25 30-12-2013
news_image
971
DİGƏR NÖVLƏR

Mixael Şumaxer əvvəl qəzaya, sonra komaya düşdü

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer ölüm ayağındadır. Apasport.az xəbər verir ki, almaniyalı pilot dünən Fransanın Alp dağlarının ətəyində yerləşən Meribel qış-turizm şəhərində xizəklə sürüşən zaman yıxılaraq ağır xəsarət alıb.

Kəllə-beyin travması alan Şumaxer komadadır və hələlik durumunda müsbət dəyişiklik yoxdur. Xəstəxanaya çatdırılan vaxt huşsuz vəziyyətdə olan 44 yaşlı almaniyalının beyninə qan sızdığı bildirilir.

Qeyd edək ki, Mixael Şumaxer oğlu ilə xizək sürərkən bədbəxt hadisə ilə üzləşib.