13:32 30-12-2013
news_image

“Böyük Dəbilqə” yenə Bakıda!

Beynəlxalq Cüdo Federasiyası yeni ilin təqvimini açıqlayıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurum 2014-cü ildə də mötəbər yarışlardan birini Azərbaycana həvalə edib.

Belə ki, son illər Bakıda təşkil olunan “Böyük Dəbilqə” yarışlarından birinin bu dəfə də məkanı dəyişməyib. Mayın 2-də başlayacaq turnir 3 gün davam edəcək.

Qeyd edək ki, paytaxtımızda keçirilən son analoji yarışda millimiz 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanmışdı.