10:31 02-01-2014
news_image
932
DİGƏR NÖVLƏR

Şumaxerlə bağlı xoş xəbər

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin durumu stabildir. Apasport.az “Frans Press”ə istinadən xəbər verir ki, bu barədə pilotun meneceri Sabina Kem açıqlama yayıb.

İkinci cərrahiyyə əməliyyatından sonra Şumaxerin həyati təhlükəsi azalıb.

Şumaxerin meneceri Sabina Kemin bildirib ki, onun vəziyyəti stabildir.

Qeyd edək ki, Şumaxer dekabrın 29-da Fransanın Alp dağlarının ətəyində yerləşən Meribel qış-turizm şəhərində xizəklə sürüşən zaman yıxılaraq ağır xəsarət alıb.

Xəstəxanaya çatdırılan vaxt huşsuz vəziyyətdə olan 44 yaşlı almaniyalının beyninə qan sızdığı bildirilirdi. Kəllə-beyin travması diaqnozu qoyulan pilot komaya düşdüyündən həyatını itirmək ehtimalı böyük idi.