00:00 04-01-2014
news_image
582
DİGƏR NÖVLƏR

“Hər bir şansdan maksimum yararlanmalıyam” - FOTO

Azərbaycanın ilk peşəkar velosiped komandası olan “Synergy Baku”nun irlandiyalı velosipedçisi yeni klubunun heyətində ilk yarışını böyük səbirsizliklə gözləyir. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, 28 yaşlı idmançı mövsümə Malaziyada keçiriləcək “Tour de Langkawi“ yarışı ilə start verəcək.
“5 illik fasilədən sonra mən yenidən Langkaviyə qayıdacam. Sonuncu dəfə oraya 23 yaşım olanda getmişdim. Artıq yarışın qaydalarında da dəyişiklik var. İndi tur 2 gün artıq davam edir“ – deyə, Bremmier bildirib.
Yeni komanda yoldaşları ilə Ispaniyanın Kalpe şəhərində təşkil olunmuş təlim-məşq toplantısında görüşən “Synergy Baku”nun üzvü “Tour de Langkawi“yə yüksək idman formasında yollanmaq istəyir: “Tam formaya düşmək üçün mənə 1-2 yürüş kifayət edəcək. Əsas istəyim mövsümün əvvəlindən medallar uğrunda mübarizəyə qoşulmaqdır. Odur ki, əldə edəcəyim hər bir şansdan maksimum yararlanmalıyam“.
Qeyd edək ki, fevralın 27-də start götürəcək “Tour de Langkawi“ 10 mərhələdən ibarətdir. Bu müddət ərzində iştirakçılar 1506 km məsafə qət edəcəklər.