13:49 11-01-2014
news_image
1162
STOLÜSTÜ OYUNLAR

Həşimovun cənazəsi Bakıya nə vaxt gətiriləcək?

Bu gecə vəfat edən şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimovun cənazəsi gələn həftə Bakıya gətiriləcək. Apasport.az saytının məlumatına görə, hazırda bununla bağlı bəzi sənədləşmə işləri həll edilməkdədir.

Müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinən qrossmeysterin cənazəsi yanvarın 14-də Azərbaycana gətiriləcək.

Qeyd edək ki, müalicəsini tamamlamaq üzrə olan Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi. Lakin başında bədxassəli şiş olduğu deyilən şahmatçımız gözlənilmədən dünyasını dəyişib.